Yüksək temperatur buzlaqları rekord səviyyədə əritdi

Yüksək temperatur buzlaqları rekord səviyyədə əritdi Dünya

NASA İqlim Xidməti dünən Norveçin Svalbard arxipelaqındakı buzlaqların yüksək temperatur səbəbindən rekord səviyyədə əriməyə başladığını açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada belə deyilib: 

“Yayın yüksək temperaturu Norveç arxipelaqında buzlaqların rekord dərəcədə əriməsinə səbəb olub. Dünyanın ən şimalındakı bəzi buzlaqların yerləşdiyi Svalbard planetin ən sürətlə istiləşən yerlərindən biridir. Buzlaqlar iyulun 23-də bütün zamanların gündəlik səth əriməsi rekordunu qırıb”

Norveçin Svalbard arxipelaqı qlobal orta göstəricidən 6 dəfə daha sürətlə istiləşir. Alimlərin fikrincə, qütb ayılarının risk altında olduğu Svalbard iqlim dəyişikliyinin ən aydın şəkildə müşahidə edildiyi bölgədir.

Məryəm İlhamqızı