Yunanıstanda miqrant faciəsi: 18 nəfər boğularaq öldü
Dünya
Yunanıstan sahillərində miqrantları daşıyan qayıq çevrilib. Hadisə zamanı azı 18 nəfər boğularaq ölüb, iki nəfər xilas edilib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi məlumat yayıb.
Qayığın aşması barədə ilkin məlumatı bölgədən keçən Türkiyə yük gəmisi verib və dərhal Yunanıstan rəsmilərinə xəbər çatdırılıb.
Xatırladaq ki, Yunanıstan 2015–2016-cı illərdə Yaxın Şərq və Afrikadan Avropaya keçmək istəyən bir milyondan çox insanın miqrasiya dalğasına məruz qalan ön xətt ölkələrdən biri olub.