Yüzlərlə insanın bayram əyləncəsi xəstəxanada bitdi – Bu ölkədə

Yüzlərlə insanın bayram əyləncəsi xəstəxanada bitdi – Bu ölkədə Dünya

İtaliyada dekabrın 31-dən yanvarın 1-ə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, ümumilikdə 283 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölüm faktı Romada qeydə alınıb. 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.

Xəsarət alanlardan 68-i azyaşlıdır. Ümumilikdə 54 nəfər xəstəxanaya yerləşdirilib.