Zaporojye vuruldu, ölənlər var

Zaporojye vuruldu, ölənlər var Dünya

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumu həyata keçirməsi nəticəsində 3 nəfər həlak olub, 1-i yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirildiyinə görə, hava zərbəsi nəticəsində dördmərtəbəli binada yanğın baş verib. Xilasedicilər alovu söndürüblər.

Xilasetmə əməliyyatları zamanı 2 nəfər xilas edilib.

Hücumun nəticələri aradan qaldırılır.