Zavodda partlayış - Çox sayda ölən və yaralanan var - Bu ölkədə

Zavodda partlayış - Çox sayda ölən və yaralanan var - Bu ölkədə Dünya

Çinin Hunan əyalətindəki pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Partlayış nəticəsində 21 nəfər ölüb, daha 61 nəfər yaralanıb.

Məlumata əsasən, hadisənin baş verdiyi Lüyang şəhərində beş xilasetmə dəstəsi fəaliyyət göstərir və ümumilikdə 482 nəfər səfərbər olunub.