Zaxarova Baydeni ƏLƏ SALDI: - "Müdrik investisiya..."

Zaxarova Baydeni ƏLƏ SALDI: - "Müdrik investisiya..." Dünya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Ukraynaya yardımı “müdrik investisiya” adlandıran sözlərinə reaksiya bildirib. 

News24.az xəbər verir ki, Zaxarova bu barədə teleqram kanalında paylaşım edib.

"Daha əvvəl Ağ Evdə həmvətənlərinə televiziya ilə müraciət edən Bayden demişdi ki, ABŞ-ın Ukrayna və İsrailə davamlı dəstəyi Amerikanın təhlükəsizliyinə “nəsillər boyu” faydalı olacaq “müdrik investisiya”dır.  Onlar bunu “azadlıq və demokratiya uğrunda mübarizə” adlandırırdılar. İndi məlum olur ki, bu, sadəcə, hesablamadır. Müharibələr Birləşmiş Ştatlar üçün ənənəvi olaraq ağıllı sərmayə olub, çünki münaqişələr onların ərazisində baş vermir”,- deyə o, paylaşımında qeyd edib.

Ülkər Abdurahmanlı