Zaxarovadan Makrona: "Ukraynaya əsgər göndərməkdənsə, muzeylərinizi qoruyun"
Dünya
Fransa Prezidenti Emmanuel Makron fransız əsgərləri Ukraynaya göndərmək əvəzinə ölkənin muzeylərini qorumağa göndərməsi daha yaxşı olardı.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.
“2025-ci il üzrə Fransada 1123 muzey var. Makron bu əsgərləri hər bir muzey üçün iki nəfər olmaqla qorumağa göndərsəydi, daha yaxşı olardı. Beləliklə, Luvrdakı kimi baş verən hadisələr təkrarlanmazdı. Xüsusilə də daxili təhlükəsizlik və ictimai qayda ilə bağlı çətin vəziyyəti nəzərə alsaq”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, oktyabrın 19-da soyğunçular Paris Luvr muzeyinə daxil olaraq doqquz ədəd zərgərlik əşyasını oğurlayıblar. Bunlar arasında taclar, sırğalar, boyunbağılar və Fransız kraliçaları və imperatriçalarının broşları olub.