Zelenski 2 il bunkerdə yaşayıb

Zelenski 2 il bunkerdə yaşayıb Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski iki il bunkerdə yaşadığını etiraf edib.

News24.az xəbər verir ki, Ukrayna prezidenti bu barədə AFP-yə verdiyi müsahibəsi zamanı danışıb.

“İki il bunkerdə yaşadım”, — deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, Rusiyanın Ukrayna ərazisində başlatdığı xüsusi hərbi əməliyyatın ilk günündən etibarən o, gecələrini bunkerdə keçirib və yalnız Prezident Ofisindəki iş otağına çıxıb.

Bundan əlavə, Zelenski hazırda hava həyəcanı elan olunduqda belə artıq sığınacağa enmədiyini deyib.