Zelenski açıqladı: "Ukrayna yalnız bu şərtlə atəşkəsə hazırdır"
Dünya
"Ukrayna Silahlı Qüvvələri əraziləri təhvil vermək məqsədilə mövqelərini tərk etməyəcək".
News24.az “Reuters”-ə sitinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ukrayna qoşunları ərazini təhvil vermək üçün döyüş meydanında geri addım atmayacaq. Kiyev yalnız cəbhə xətti üzrə atəşkəsə hazırdır”, - deyə Zelenski bildirib.