Zelenski Albaniyaya səfər edib
Dünya
Ukrayna prezidenti Vladimir Zelenski Albaniyanın paytaxtı Tiranaya səfər edib.
News24.az xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri İqli Həsəni X sosial şəbəkəsində məlumat yayıb.
“Prezident Zelenskini Tiranada salamlamaq böyük şərəfdir. Rusiyanın təcavüzünə qarşı qəhrəmancasına mübarizə aparan Ukrayna ilə ikitərəfli əlaqələri və həmrəyliyi gücləndirmək üçün əsas məqamlardan biridir”.
Xatırladaq ki , Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin vəliəhdi və baş naziri Məhəmməd bin Salman əl Səudla görüşüb və onunla Sülh Formulasını müzakirə edib.
Mehriban Mirzəzadə