Zelenski bir neçə vilayət administrasiyası rəhbərini işdən azad edib

Zelenski bir neçə vilayət administrasiyası rəhbərini işdən azad edib Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə vilayət administrasiyası rəhbərini vəzifəsindən azad edib.

News24.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, müvafiq sənədlər dövlət başçısının saytında dərc olunub.

Belə ki, sərəncamlara əsasən, Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının (VHA), Maksim Marçenko Odessa VHA-nın, Sergey Qamaliy isə Xmelnitski VHA-nın rəhbəri vəzifəsindən azad edilib.

Sənədlərin hər birində qeyd olunur ki, VHA rəhbərləri özləri vəzifədən azad olunmaq barədə ərizə təqdim edib.