Zelenski dron hücumundan son anda qurtuldu – İrlandiyada təhlükəli hadisə
Dünya
Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi İrlandiyadan uçarkən Dublinin hava limanı ərazisinə dörd böyük dron yönəldilib.
News24.az xəbər verir ki, bu barədə “The Journal” yazıb.
Məlumata görə, dronlar saat 23:00-da prezident təyyarəsinin keçəcəyi nöqtəyə çatıblar, lakin təyyarə planlaşdırılandan əvvəl eniş etdiyindən dronlarla toqquşmayıb.
İrlandiya Təhlükəsizlik Xidməti bildirib ki, bu dronlar çox bahalıdır, böyük və hərbi məqsədlər üçün nəzərdə tutulublar.
Hadisə hibrid hücum kimi qiymətləndirilib.