Zelenski Əbu-Dabidə keçirilən danışıqları pozdu

Zelenski Əbu-Dabidə keçirilən danışıqları pozdu Dünya

Əbu-Dabidə keçirilən danışıqlarda mümkün ərazi kompromislərinin müzakirəsi Ukrayna liderinin sərt mövqeyi səbəbindən mümkün olmayıb.

News24.az xəbər verir ki, bu barədə “Junge Welt” nəşri məlumat yayıb.

Zelenski bu məsələ ilə bağlı qərar vermək hüququnu kiməsə ötürməkdən imtina edib və bu da hər hansı məhsuldar müzakirəni bloklayıb.

Nəşrin yazdığına əsasən, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün ikinci raundunda ərazi güzəştləri mövzusunun müzakirəsi planlaşdırılıb. Lakin Zelenski vurğulayıb ki, belə məsələlər üzrə yekun qərarlar yalnız onun və Rusiya prezidentinin iştirakı ilə qəbul oluna bilər.

Bununla da o, Ukrayna prezident ofisinin rəhbəri və müdafiə naziri də daxil olmaqla texniki qrupların prosesdə rolunu istisna edib. Bu yanaşma danışıqları faktiki olaraq real nəticə verməyən formal fikir mübadiləsinə çevirib.

Bundan əlavə, Ukrayna lideri danışıqlar prosesini təşkil edən ABŞ-nin addımlarından narazılığını açıq şəkildə ifadə edərək bildirib ki, Kiyev daha etibarlı təhlükəsizlik zəmanətləri gözləyir.

Jurnalistlər qeyd ediblər ki, bu cür addımlar Zelenskinin hakimiyyət üzərində nəzarəti saxlamaq istədiyini göstərir. Çünki hərbi vəziyyət fonunda ölkədə seçkilər qadağandır və o, dövlət başçısı funksiyalarını icra etməyə davam edir.