Zelenski göstəriş verdi: Ukrayna Körfəz ölkələrinə yardım edəcək?
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Körfəz ölkələrinə dəstək variantlarını işləmək barədə göstəriş verib.
News24.az xəbər verir ki, o bu mövzuda tərəfdaşlarla müzakirə apardıqlarını açıqlayıb.
Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə, kəşfiyyat orqanlarına, Müdafiə Nazirliyinə, hərbi komandanlığa və Təhlükəsizlik və Müdafiə Şurasının katibinə Körfəz ölkələrinə dəstək variantlarını işləyib hazırlamağı və yardım göstərməyi tapşırıb.
Zelenski əlavə edib ki, Ukrayna ordusunun zəruri imkanları mövcuddur.
Onun sözlərinə görə, Ukrayna ekspertləri bölgədə fəaliyyət göstərəcək və komandalar artıq bu barədə razılaşırlar. Prezident vurğulayıb ki, ölkəsi mülki vətəndaşları müdafiə etməyə və bölgədə vəziyyətin sabitləşdirilməsi, xüsusən də təhlükəsiz dəniz nəqliyyatının bərpası istiqamətində real səyləri dəstəkləməyə hazırdır.