Zelenski hərbi münaqişənin yaratdığı "ekosid"i pislədi

Zelenski hərbi münaqişənin yaratdığı "ekosid"i pislədi Dünya
Ukrayna prezidenti Vladimir Zelenski hərbi əməliyyatlarda “ekosid”i (Ekosid - canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və əsasən hərbi vasitələr) pisləyib.

News24.az xəbər verir ki, bu barədə o, iyunun 29-da müharibənin ekoloji nəticələrinə dair beynəlxalq işçi qrupu ilə görüşdən sonra bildirib.

Nümayəndə heyətinin üzvlərindən biri də isveçli ekoloji fəal Qreta Tunberq olub. Hərbi münaqişənin ekoloji nəticələrini müzakirə edən Zelenski əsas diqqəti Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin dağıdılmasına yönəldib və bunu pisləyib.