Zelenski müşavirə keçirdi

Zelenski müşavirə keçirdi Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı müşavirə keçirib.​​​​

News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə prezident özünün tviter hesabında yazıb.

"Biz Avropa Komissiyası ilə razılaşmaya inanırıq, lakin istənilən ssenariyə hazırlaşırıq. Bizim mövqeyimiz aydındır: müvafiq məhdudiyyətlərin müddəti bitdikdən sonra sentyabrın 15-dən sonra quru yolu ilə ixracın qarşısının alınması heç bir formada qəbuledilməzdir. Hər kəsə uyğun bir həll tapmaq üçün bütün maraqlı tərəflərlə əlaqə saxlayırıq", - o deyib.
Zelenski müşavirə keçirdi