Zelenski Londonda Kralla görüşdü – FOTOLAR
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.
News24.az xəbər verir ki, bu haqda Ukrayna lideri sosial şəbəkədə paylaşım edib.
Zelenskini Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və təyyarənin ekipaj üzvləri qarşılayıblar.
O, artıq Bukinqem sarayında Böyük Britaniya kralı III Çarlz ilə görüşüb.
Bundan əlavə, Ukrayna lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşməyi və Britaniya parlamentində çıxış etməyi planlaşdırır.