Zelenski müharibədə həlak olan hərbçilərin sayını açıqladı
Dünya
Ukraynada döyüş meydanında həlak olan hərbçilərin — istər peşəkar, istərsə də səfərbər edilmiş olsun — rəsmi sayı 55 min nəfərdir. Həmçinin, Ukraynanın itkin düşmüş hesab etdiyi şəxslərin sayı da kifayət qədər çoxdur.
News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “France 2” telekanalına müsahibəsində bildirib.
Ukrayna lideri eyni zamanda sülhün bir ildən daha az müddətdə əldə oluna bilənəcəyinə ümid etdiyini deyib.
Aparıcının Donbasla bağlı sualını cavablandıran Prezidentin sözlərinə görə, oranı ələ keçirmək üçün Rusiya daha 800 min hərbçisini itirməli olacaq və Moskva buna uzun müddət tab gətirə bilməyəcək.