Zelenski müharibədə öz tərəfini seçdi
Dünya
ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumların intensivləşdiyi bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenski diqqətçəkən açıqlama verib edib.
News24.az xəbər verir ki, Ukrayna lideri İranı Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə “tərəfdaş” adlandıraraq Tehran rejiminin beynəlxalq səviyyədə məsuliyyət daşımalı olduğunu bildirib.
Zelenskinin sözlərinə görə, İran uzun illərdir regionda qeyri-sabitliyin yaranmasında rol oynayır və müxtəlif münaqişələrdə iştirak edir:
“İran rejimi onilliklərdir qonşularının və əlçatan olduğu hər yerdə insanların həyatını məhv etməyə sərmayə qoyub. Bu səbəbdən onlar Ukraynaya qarşı müharibədə Rusiya ilə əlbir olublar”.
Prezident qeyd edib ki, Ukrayna İran istehsalı olan “Şahed” tipli pilotsuz uçuş aparatlarına qarşı mübarizədə artıq ciddi təcrübə qazanıb.
Zelenski həmçinin Birləşmiş Ərəb Əmirlikləri Prezidenti və Qətər əmiri ilə görüş keçirdiyini açıqlayıb. Onun sözlərinə görə, Kiyev Yaxın Şərq və Körfəz ölkələri ilə diplomatik əlaqələri genişləndirməyə davam edir və müharibə ilə zorakılığın yayılmasına qarşı çıxan dövlətlərlə həmrəyliyini qoruyur. (haberler.com)