Zelenski müharibədən sonra ilk dəfə Romaya səfər etdi

Zelenski müharibədən sonra ilk dəfə Romaya səfər etdi Dünya
Ukrayna prezidenti Vladimir Zelenski İtaliyaya səfər edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski  Ukrayna sərhədi yaxınlığında yerləşən Rzeşov hava limanından İtaliya hökumətinin təyyarəsi ilə Romaya aparılıb. Videogörüntülərdə görünür ki, təyyarə hava limanına enən zaman İtaliya qırıcıları da havada olub. Roma qonaq üçün təcili təhlükəsizlik tədbirləri görüb. Yerli KİV-də yayılan məlumata görə, hava limanına dövlət səfərinin rahat keçməsini təmin etmək üçün 1500-ə yaxın polis və təhlükəsizlik işçisi cəlb olunub.  Hava limanları, dəmir yolu stansiyaları və metrolar xüsusi nəzarət altına alınıb. Şəhərin üzərində, o cümlədən pilotsuz təyyarələr üçün uçuşa qadağa zonası yaradılıb. Zelenskinin təyyarədən enəcəyi yerdə snayperlər yerləşdirilib.

Qeyd edək ki, görüşdə Ukrayna prezidentinin Rusiyaya qarşı müharibə və elan edilmiş əks-hücum üçün İtaliyadan əlavə dəstək istəməsi gözlənilir.

Xatırladaq ki, bu səfər 2022-ci ilin fevralında müharibənin başlamasından sonra Zelenskinin İtaliyaya ilk səfəridir.

Qumral Əliyeva