Zelenski müsahibə verən zaman işıqlar söndü - Video

Zelenski müsahibə verən zaman işıqlar söndü - Video Dünya

Ukrayna prezidenti Volodimir Zelenskinin müsahibəsi zamanı Marinski Sarayında iki dəfə elektrik kəsilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin "The Guardian" nəşrinin jurnalisti ilə söhbəti zamanı elektrik enerjisinin bərpası üçün generatoru işə salmaq lazım gəlib.

"Bunlar bizim yaşayış şəraitimizdir. Bu, normaldır. Kiyevdə hər yerdə olduğu kimi elektrik kəsintiləri yaşanır", - deyə Zelenski qeyd edib.