Zelenski Putinlə harada görüşmək istədiyini açıqladı

Zelenski Putinlə harada görüşmək istədiyini açıqladı Dünya

Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putin ilə danışıqların ABŞ-də və ya Yaxın Şərqdə keçirilməsini istisna etməyib.

News24.az xəbər verir ki, o, bu barədə İtaliyanın RAI radiosuna müsahibəsində bildirib.

“Vladimir Putin ilə görüşə hazıram. Bu, qətiyyən nə Moskvada, nə də Kiyevdə olmalıdır. Lakin görüş üçün bir çox yer var. Yaxın Şərqdə, Avropada və ya ABŞ-də", - deyə o qeyd edib.

Volodimir Zelenski həmçinin bildirib ki, ABŞ-nin iştirakı ilə üçtərəfli danışıqlar Vaşinqtonun Yaxın Şərqdəki münaqişəyə fokuslanması səbəbindən təxirə salınıb, lakin gələcəkdə onların bərpa edilməsi planlaşdırılır.