Zelenski Rusiyanın "almışıq" dediyi şəhərə getdi
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk şəhərini ziyarət edib.
News24.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Kremlin lideri Vladimir Putinə şəhərin ələ keçirilməsi barədə məruzə edilsə də, Ukrayna tərəfi rus qüvvələrini mühasirəyə aldıqlarını bildirir.
“Ruslar çox danışdı, amma biz vəziyyətin əslində necə olduğunu görürük”, – Zelenski videomüraciətində deyib.
O, həmçinin, əsgərlərə də xidmətlərinə görə təşəkkür edib:
“Bu gün cəbhədə nəticə əldə etmək son dərəcə vacibdir ki, Ukrayna diplomatiyada da nəticə əldə edə bilsin,” – Zelenski bildirib.
Xatırladaq ki, Kupyansk 2022-ci ilin fevralında başlayan işğaldan sonra təxminən yeddi ay Rusiya nəzarətində qalıb. Müharibədən əvvəl 27 min əhalisi olan şəhərin böyük qismi dağıdılıb.