Zelenski sadəcə Putinlə görüşəcək
Dünya
Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsi olacağı gözlənilən danışıqlar yaxınlaşdıqca bütün dünyanın gözü İstanbula çevrilir.
News24.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə yalnız həmkarı Rusiya lideri Vladimir Putinlə görüşəcəyi açıqlanıb.
Zelenskinin müşavirinin sözlərinə görə, prezident Rusiya nümayəndə heyətinin digər üzvləri ilə görüşməyəcək.
Onu da qeyd edək ki, müharibənin digər tərəfi olan Rusiya sammitdə iştirak edib-etməyəcəyini və hansı səviyyədə iştirak edəcəyini hələ dəqiqləşdirməyib.
Günel Məlikzadə