Zelenski tarix istəyir, Brüssel susur – Ukraynanın Aİ taleyi nə vaxt həll olunacaq?

Zelenski tarix istəyir, Brüssel susur – Ukraynanın Aİ taleyi nə vaxt həll olunacaq? Dünya

Ursula Fon der Leyen Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı konkret tarix açıqlamaqdan imtina edib.

News24.az-ın xəbərinə görə, Kiyevdə keçirilən mətbuat konfransında çıxış edən Avropa Komissiyasının prezidenti bildirib ki, Ukrayna islahatlar sahəsində möhtəşəm irəliləyiş nümayiş etdirir, lakin onun sözlərinə görə, üzvlük üçün dəqiq tarix meyarların tam yerinə yetirilməsindən və Avropa İttifaqına üzv bütün ölkələrin razılığından asılıdır. Bu səbəbdən hazırda konkret tarix təyin etmək mümkün deyil.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Aİ-ni gecikmədən üzvlük tarixini açıqlamağa çağırıb. O, bildirib ki, bu addım gələcək 50 il ərzində Rusiyanın Ukraynanın üzvlüyünü bloklamasının qarşısını ala bilər.

Zelenski “Financial Times” nəşrinə müsahibəsində də Aİ-ni prosesi ləngitməməyə və Ukraynanın birliyə 2027-ci ildə qəbul olunmasını müəyyənləşdirməyə çağırıb.

“Mən tarix istəyirəm. Mən bunu xahiş edirəm”, – deyə o vurğulayıb.