Zelenski Tramp-Putin razılaşmasına belə reaksiya verdi

Zelenski Tramp-Putin razılaşmasına belə reaksiya verdi Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa şaxta zamanı Kiyevin bombardman edilməməsi ilə bağlı təşəbbüsünə görə təşəkkür edib.

News24.az xəbər verir ki, bu barədə Zelenski özünün “X” hesabında paylaşım edib.

“Energetika həyatın əsasını təşkil edir və biz tərəfdaşlarımızın həyatı qorumaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Təşəkkür edirəm, Prezident Tramp! Bu məsələ ilə bağlı komandalar Birləşmiş Ərəb Əmirliklərində danışıqlar aparıblar. Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik. Deeskalasiya addımları müharibənin real şəkildə başa çatmasına doğru hərəkətə töhfə verir”, – o yazıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp güclü şaxtalarla əlaqədar olaraq Vladimir Putindən Kiyevin bir həftə ərzində atəşə tutulmamasını xahiş etdiyini və Putinin bununla razılaşdığını bildirib. Kreml isə bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.