Zelenski Trampa güvənmir: Şok açıqlama
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın etibarlılığını şübhə altına alıb.
News24.az xəbər verir ki, bu barədə Britaniyanın BBC qəzeti məlumat yayıb.
Zelenski nəşrə verdiyi müsahibədə jurnalistin Ağ Evin rəhbəri, o cümlədən təhlükəsizlik zəmanətləri məsələsində etimadla bağlı sualını cavablandırıb.
Siyasətçinin sözlərinə görə, Kiyev həmçinin Konqresin dəstəyinə ehtiyac duyur, çünki təhlükəsizlik zəmanətləri 30 il müddətinə əldə olunmalıdır. Bu müddətdə isə prezident dəyişə bilər.
BBC-nin məqaləsində qeyd olunub ki, Ukrayna lideri faktiki olaraq amerikalı həmkarına etimadını şübhə altına alıb.
“Başqa sözlə, Donald Tramp etibarsız tərəfdaş ola bilər, lakin o, əbədi olaraq prezident qalmayacaq”, — deyə nəşr yazıb.