Zelenski Uitkoff və Kuşnerlə uzun telefon danışığı apardı
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trumpın kürəkəni Cared Kuşner ilə uzun və dolğun telefon danışığı apardığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşım edib.
Zelenski bildirib ki, Ukrayna ABŞ tərəfi ilə səmimi əməkdaşlığı davam etdirərək real sülh əldə etməyə qərarlıdır. O, iki tərəfin danışıqların növbəti mərhələləri və formatları barədə razılığa gəldiyini vurğulayıb.
Qeyd edilir ki, Uitkoff və Kuşnerin Rüstəm Umerovla keçirdikləri görüş Ukraynada davamlı və ədalətli sülhə doğru etibarlı yolun irəlilədilməsi istiqamətində konstruktiv müzakirələr kimi qiymətləndirilib.
Ukrayna lideri qeyd edib ki, Uitkoffun Moskva səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələrinə dair hesabatı Umerovdan Kiyevdə şəxsən alacaq.