Zelenski: Ukrayna çox çətin seçim qarşısındadır
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin təqdim etdiyi 28 maddəlik sülh planı ilə bağlı ölkəni ağır qərarın gözlədiyini bildirib.
News24.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna "ya şərəfini, ya da əsas tərəfdaşını itirmək riski” ilə üz-üzə qala bilər.
Prezident planın çox çətin şərtlərdən ibarət olduğunu vurğulayaraq, - ya 28 ağır maddə, ya da çox sərt qış bizi gözləyir, – deyə qeyd edib. O əlavə edib ki, məsələ gələn həftə intensiv şəkildə müzakirə olunacaq və bəzi maddələr üzrə ABŞ-yə alternativ təkliflər təqdim olunacaq.
Zelenski Ukraynanın suverenliyini qorumaq iradəsinin dəyişmədiyini bildirib:
“Biz poladdanıq, amma ən güclülər belə bu təzyiqlərə dözməkdə çətinlik çəkə bilər”.