Zelenski Ukrayna ilə bağlı qərar verdi: fevralın 3-dək…
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərbərliyin və hərbi vəziyyətin müddətini daha 90 gün uzadan qanunu imzalayıb.
News24.az xəbər verir ki, bu qərarla səfərbərlik və hərbi vəziyyət 3 fevral 2026-cı il tarixinədək qüvvədə qalacaq.
Qeyd edək ki, ötən müddət 5 noyabr 2025-ci ildən başlayaraq 90 gün üçün təsdiqlənmişdi.