Zelenski: “Ukraynanın NATO-ya üzvlük şansı yoxdur”
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yaxın zamanda NATO-ya qoşulmaq imkanının olmadığını etiraf edib.
News24.az xəbər verir ki, Zelenski “Strana” xəbər saytına müsahibəsində nə ABŞ-nin, nə də bir sıra digər ölkələrin hələlik Ukraynanı alyansın üzvü kimi gördüyünü bildirib.
Prezident həmçinin qeyd edib ki, Ukraynada seçkilər 60–90 gün ərzində təşkil oluna bilər. Bununla belə, Ukrayna Mərkəzi Seçki Komissiyası hərbi əməliyyatlar başa çatdıqdan sonra seçkilərin keçirilməsi üçün üç aydan artıq müddətə ehtiyac olduğunu açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Rodion Miroşnik isə Zelenskinin seçkilərlə bağlı bəyanatlarını yalan və “qaydaların manipulyasiyası” kimi dəyərləndirib.