Zelenski və Bayden görüşünün pərdəarxası - ortaya çıxdı

Zelenski və Bayden görüşünün pərdəarxası - ortaya çıxdı Dünya

Bayden və Zelenski ötən gün ABŞ-da görüşüblər. Mənbələr yazıb ki, aldığı yardım öhdəliklərinə baxmayaraq, Zelenski gözlədiyindən qat-qat az sursat dəstəyi vədi ilə göndərilib.

News24.az xəbər verir ki, Co Bayden ABŞ-ın ilk Abrams tanklarının gələn həftə Ukraynaya təhvil veriləcəyini açıqlayıb.

ABŞ-ın Ukraynaya yeni 325 milyon dollarlıq hərbi yardımını açıqlayan Bayden, paketə daha çox döyüş sursatı və avadanlıq daxil olduğunu bildirib.

Bayden: “Gələn həftə ABŞ-ın ilk Abrams tankları Ukraynaya çatdırılacaq”. deyib.

Zelenski həmçinin ABŞ-a göstərdiyi köməyə görə təşəkkür edib və məhsuldar görüş keçirdiklərini bildirib.

Dailymail-də yer alan xəbərə görə , Zelenski ABŞ səfərindən planlaşdırılandan və gözləniləndən çox az dəstəklə qayıdıb.

Zelenski Ukraynanın əks-hücumunun ləng irəliləməsi ilə bağlı narahatlıqlara görə ölkəsinə yardımı kəsmək istəyən skeptik respublikaçılarla da üzləşib.

Bəzi respublikaçılar cənab Baydenin maliyyə tələblərini bloklamaqla hədələsələr də, bir senator açıq şəkildə bəyan etdi ki, Konqres Zelenskiyə daha bir boş çek göndərməməlidir.

Aydan