Zelenski və həyat yoldaşının əmanətlərinin məbləği açıqlandı
Dünya
Ukrayna prezidenti Volodimir Zelenskinin ailəsi böyük məbləğdə nağd vəsait və bank əmanətlərini bəyan edib.
News24.az xəbər verir ki, 2024-cü il üzrə 30 mart 2025-ci ildə təqdim olunmuş Vahid Dövlət Bəyannamələri Reyestrinin məlumatlarına əsasən, Zelenski və həyat yoldaşı Yelena təxminən 600 min ABŞ dolları məbləğində nağd vəsaitə malikdir və 500 min dollardan çox vəsaiti bank hesablarında yerləşdiriblər.
Bu hesablara İsveçrənin Sürix şəhərində yerləşən bankdakı hesab da daxildir. Vəsaitlər qrivna, dollar və avroda saxlanılır,
Sənədə görə, ailənin mülkiyyətində həmçinin lüks əşyalar var. Buraya “Breguet”, “Tag Heuer”, “Rolex”, “Piaget” və “Bovet” markalı saatlar, zərgərlik məmulatları, eləcə də “Land Rover” və “Mercedes-Benz” markalı iki avtomobil daxildir.
Bəyannamədə xarici aktivlər də qeyd olunub. Zelensikinin həyat yoldaşı “Aldorante Limited” (Kipr), “Film Heritage” (Beliz) və “San Tomasso S.R.L.” (İtaliya) şirkətlərinin son benefisiarı kimi göstərilib.
Bundan əlavə, Volodimir Zelenski 2017-ci ildə “Film Heritage” şirkəti tərəfindən ona verilmiş 2,4 milyon dollar məbləğində borcun sahibidir.
Maliyyə məlumatlarının açıqlanması Ukraynada korrupsiya və hakimiyyətin legitimliyi ilə bağlı davamlı müzakirələr fonunda baş verir. Volodimir Zelenskinin prezident kimi səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb, hərbi vəziyyət səbəbindən seçkilər ləğv edilib. /RİA