Zelenskidən etiraf: “Bu şəhərdə vəziyyət - pisləşir...”

Zelenskidən etiraf: “Bu şəhərdə vəziyyət - pisləşir...” Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqindəki Baxmut şəhərində vəziyyətin pisləşdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Baxmut 6 aydır Rusiya ordusunun ən çox hücumuna məruz qalan şəhərlərdən biridir. 

“Düşmənlərimiz ordumuza müdafiə mövqeyi tutmağa imkan verən hər şeyi məhv edir”, - deyə Ukrayna lideri bildirib. O, şəhərin müdafiəsinə hələ də müqavimət göstərən əsgərlərin qəhrəman olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, Baxmut Ukraynanın sənaye şəhəridir.