Zelenskidən şok iddia: Rusiya dronları Ukraynaya bu ölkədən yönləndirir
Dünya
Rusiya Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarda Belarus ərazisindən fəal şəkildə istifadə edir.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Onun sözlərinə görə, Kreml bu üsulla Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yayınmağa və dronların ələ keçirilməsinin qarşısını almağa çalışır.
Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına əsaslanaraq bildirib ki, Belarusla sərhəddə yerləşən yaşayış məntəqələrində çoxmərtəbəli binaların damlarında xüsusi anten qurğuları və texniki avadanlıqlar quraşdırılıb. Sözügedən avadanlıqlar Rusiya ordusuna məxsus “Şahed” tipli pilotsuz uçuş aparatlarının Ukraynanın qərb bölgələrindəki obyektlərə yönəldilməsi və idarə olunması məqsədilə istifadə olunur.
Ukrayna Prezidenti qeyd edib ki, bu faktlarla bağlı beynəlxalq tərəfdaşlara ətraflı məlumat veriləcək və yaranmış təhlükəyə qarşı koordinasiyalı cavab tədbirlərinin hazırlanması nəzərdə tutulur.