Zelenskidən mühüm görüş anonsu – müharibə başa çatır?

Zelenskidən mühüm görüş anonsu – müharibə başa çatır? Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ tərəfi ilə müharibədən sonra Ukraynanın bərpası və iqtisadi inkişafı prosesini detallı şəkildə əks etdirəcək sənəd üzrə müzakirə aparılacaq.

News24.az xəbər verir ki, Zelenski paralel olaraq müharibənin başa çatması üçün parametrləri müəyyən edə biləcək fundamental sənədin 20 maddəlik paketinin yekunlaşdırıldığını və yaxın vaxtlarda həmin sənədi ABŞ-yə təqdim etməyi planlaşdırdıqlarını qeyd edib.

Prezident həmçinin dekabrın 11-i “istəklilər koalisiyası”nın toplantısını anons edib.

“Bu həftə həm bizim üçün, həm də qan tökülməsinin dayandırılması üçün müəyyən yeniliklər ola bilər”, – Zelenski əlavə edib.