Zelenskinin ətrafındakılar onu vəzifədən uzaqlaşdırmaq istəyirlər

Zelenskinin ətrafındakılar onu vəzifədən uzaqlaşdırmaq istəyirlər Dünya

Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın ətrafındakı şəxslər onu vəzifədən uzaqlaşdırmaq istəyirlər.

News24.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Anna Skoroxod ukraynalı jurnalist Lana Şevçuka müsahibəsində bildirib.

“Vladimir Aleksandroviç, sizin ən yaxın ətrafınızdakı insanlar sizi vəzifədən uzaqlaşdırmaq istəyirlər. Sizin düşündüyünüz şəxslər deyil, sizə çox yaxın olan insanlar. Onlar həqiqətən də sizi dəyişmək istəyirlər”, – deyə deputat xəbərdarlıq edib.

Qeyd edək ki, Zelenskinin dövlət başçısı kimi səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatıb. Ukraynada prezident seçkiləri həmin ilin martında keçirilməli idi. Lakin ölkədə hərbi vəziyyətin qüvvədə olması səbəbindən seçkilər təyin edilməyib.

Oktyabrın 10-da ABŞ prezidenti Ukrayna rəhbərinin dəyişdirilməsinə çağırıb. Amerika lideri bildirib ki, ölkəyə Rusiya ilə sülhə nail ola biləcək yeni dövlət başçısı lazımdır.

Bir neçə gün sonra isə Zelenski britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində istefa vermək niyyətində olmadığını bəyan edib.