Zelenskidən Karnidən iki şey istədi: "Müharibəni dayandırmaq üçün bizə bunlar gərəkdir"
Dünya
Kanadanın Baş naziri Mark Karni Ukraynaya əlavə olaraq 2,5 milyard dollar həcmində iqtisadi yardımın ayrılması barədə açıqlama verib.
News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Baş nazir bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdikləri brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, bu yardım Ukraynanın Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyələşməni cəlb etməsinə imkan yaradacaq.
Öz növbəsində Zelenski göstərilən yardıma görə Karniyə təşəkkür edib və Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini qeyd edib. "Bunun üçün bizə iki şey lazımdır – Rusiyaya təzyiq və Ukraynaya kifayət qədər güclü dəstək", – o əlavə edib.