Zəlzələ qurbanlarının sayı artdı

Zəlzələ qurbanlarının sayı artdı Dünya

Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində yaralananların sayı 534 nəfərə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Şərəfət Zaman Amarkeyl sosial şəbəkə hesabında məlumat verib.

Təbii fəlakət zamanı həlak olanların sayının isə 20-dən çox olduğu bildirilib.

Amarkeylin sözlərinə görə, zəlzələ qurbanlarının sayı arta bilər və bütün yaxınlıqdakı xəstəxanalara tam hazır vəziyyətdə olmaq göstərişi verilib.

Qeyd edək ki, Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Məzari-Şərif şəhərindən 45 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.