Zəlzələ zamanı “Həzrət Əli ziyarətgahı”nın minarəsi dağıldı

Zəlzələ zamanı “Həzrət Əli ziyarətgahı”nın minarəsi dağıldı Dünya

Əfqanıstanda “Əli məqbərəsi” və ya “Həzrət Əli ziyarətgahı” kimi tanınan, dünyada isə “Göy məscid” adı ilə məşhur olan məbəd zəlzələ nəticəsində qismən dağılıb.

News24.az “AVA-press”-ə istinadən xəbər verir ki, Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi Məzari-Şərif şəhərində yerləşən ziyarətgahın binasında xarici fasadın bir hissəsi uçub.

Məlumata görə, kafel örtüyünün və minarələrin bir hissəsi dağılıb.

Bildirilib ki, günbəzin daxili hissələri və əsas sütunlarda görünən zədələr yoxdur.

Qeyd edək ki, Əfqanıstanın mərkəzi hissəsində, Məzari-Şərif şəhərinin yaxınlığında 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. Ən azı 20 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Dəqiqləşdirilmiş məlumata görə, xəsarət alanların sayı 320 nəfərdir.