Zəlzələdən 215 gün sonra dağıntılar altında qalan cəsəd tapıldı - FOTO
Dünya
Türkiyədə bu ilin fevralında baş verən zəlzələnin fəsadları aradan qaldırılır. Bu səbəblə dağılan binaların yerində yeniləri inşa edilir.
News24.az BAKU.WS-ə istinadla xəbər verir ki, Antakya bölgəsinin Atatürk prospektində aparılan inşaat işləri zamanı zəlzələdə dağıntılar altında qalan meyit aşkarlanıb.
Zəlzələnin 215-ci günü tapılan cəsədin kimliyi DNT testi nəticəsində məlum olacaq.
O Hataydakı ekspertiza mərkəzinə göndərilib.
