Zəlzələyə görə mətbuat konfransını dayandırdı – Video
Dünya
Meksika Prezidenti Klaudiya Şeynbaum zəlzələ xəbərdarlığı səbəbindən mətbuat konfransını dayandırıb.
News24.az xəbər verir ki, konfrans "YouTube" vasitəsilə yayımlanıb. Herrero ştatında sirenlərin səslənməsindən sonra Şeynbaum çıxışını dayandırıb.
Meksikanın Milli Seysmologiya Xidmətinə görə, 6,5 maqnitudalı zəlzələnin episentri San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı isə təxminən 10 km dərinlikdə olub. Zərər və itkilər barədə məlumat hələ açıqlanmayıb.