"Formula 1": Sıralama turunda ən yaxşı nəticəni Corc Rassell göstərdi

"Formula 1": Sıralama turunda ən yaxşı nəticəni Corc Rassell göstərdi Formula 1

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb.

News24.az xəbər verir ki, “Mercedes” pilotu Corc

Rassel sessiyanın ən yaxşı nəticəsini göstərərək poul qazanıb.

Şarl Lekler ikinci, Oskar Piastri isə üçüncü yerdən start götürəcək.

Maraqlıdır ki, bu il Bakı Şəhər Halqası Corc Rassel üçün uğurlu trek olub. Britaniyalı pilot keçirilən 2 sərbəst yürüşdə də vaxt üzrə ən yaxşı nəticəni göstərmişdi.

Rasselin komanda yoldaşı və mövsümün favoriti olan Kimi Antonelli isə sıralanma turuna erkən vida edib. “Mercedes” pilotu sıralanma turunun birinci sessiyası zamanı Bakı trekinin 1-ci döngəsində divara çırpılıb. Təmas nəticəsində bolid zədələnib və Antonelli sessiyanı davam etdirə bilməyib.

Sabah keçiriləcək Azərbaycan Qran-Prisində isə pilotları daha qızğın mübarizə gözləyir.