"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırıldı
Formula 1
Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb.
News24.az xəbər verir ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışından sonra ilk üç pillədə qərarlaşan pilotlara mükafatlar təqdim olunub.
“Mersedes” pilotu Corc Rassell yarışı birinci pillədə başa vurub. “Red Bull”un sürücüsü Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.
Qaliblərə mükafatları müvafiq olaraq Məhəmməd Ben Sulayem, Fərid Qayıbov və Anar Ələkbərov təqdim ediblər.