Hacar Bakıda ilk podiumunu şərh etdi

Hacar Bakıda ilk podiumunu şərh etdi Formula 1

"Red Bull" pilotu İsak Hacar Azərbaycan Qran-prisində qazandığı üçüncü yerdən və karyerasındakı ilk podiumdan danışıb.

News24.az xəbər verir ki, Hacar yarışdan sonra açıqlamasında nəticədən məmnun olduğunu bildirib.

"Mən çox xoşbəxtəm. Özümü güclü hiss edirəm. Bu həftəsonu addım-addım irəlilədim. Bakıda divara çox tez çırpılmaq mümkündür və mənə bu heç lazım deyildi. Buna görə də tədricən özümə inamı artırdım. Bu yanaşma nəticə əldə etməyə imkan verdi. Bu, təmiz temp hesabına qazandığım ilk podiumdur və buna görə çox məmnunam", - deyə o qeyd edib.