Yeni İldə Sürət və Adrenalin: F1 Azərbaycan 2026 Biletinizi Endirimlə Əldə Edin!
Formula 1
Yeni il fürsətini qaçırmayın! Formula 1 Azərbaycan Qran-Prisi 2026-nın 10-cu yubiley buraxılışı üçün bilet satışları davam edir.
News24.az xəbər verir ki, 24–26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək Bakı yarışı Formula 1 təqviminin ən həyəcanverici şəhər traslarından biri kimi növbəti dəfə bütün dünyanın diqqət mərkəzində olacaq.
Yeni il ərəfəsində, 16–31 dekabr 2025-ci il tarixləri arasında bütün tribuna biletlərinə 15% güzəşt təqdim olunur. Endirimli biletləri Bakı Şəhər Halqasının rəsmi vebsaytı, mobil tətbiqi və www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür.
Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanına sahib olacaqlar və sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək şansı qazanacaqlar.
Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90,000 tamaşaçı ilə son doqquz ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda, növbəti möhtəşəm yarış mövsümünü canlı izləmək üçün azarkeşlər biletlərini erkən əldə etməlidirlər.
Yeni ilin başlanğıcında özünüzə və yaxınlarınıza sürət, adrenalin və əyləncə dolu unudulmaz bir hədiyyə edin və Bakı küçələrində F1 macərasına qoşulun!