5000 hərbçi sərhəd bölgəsinə GÖNDƏRİLDİ - Nə baş verir?__NEWL__

5000 hərbçi sərhəd bölgəsinə GÖNDƏRİLDİ - Nə baş verir?__NEWL__ Gündəm

Finlandiya Rusiyadan 20 km aralıda yerləşən Kymenlaakso bölgəsində “Karelian Qılınc 25” adlı hərbi təlimlərə başlayıb. 

News24.aqz-ın xəbərinə görə, Rusiya mediası bildirir ki, iyunun 1-dək davam edəcək manevrlərdə Finlandiya, ABŞ və Böyük Britaniyadan olan 5000 hərbçi iştirak edir. 

Təlimlərə Leopard 2A6 tankları da daxil olmaqla 700-dən çox ağır texnika cəlb olunub. Təlimlər hibrid münaqişə ssenarisi üzərində qurulub: burada kiberhücumlar, dezinformasiya kampaniyaları və çətin relyef şəraitində – meşəlik və bataqlıq ərazilərdə qoşunların koordinasiyası sınaqdan keçirilir.

Bununla paralel olaraq, Finlandiya “Smart Border” layihəsini də həyata keçirir. Layihə çərçivəsində 2026-cı ilin sonunadək Rusiya ilə sərhəddə 200 kilometrlik ərazi 4,5 metrlik ağıllı hasar və süni intellektlə idarə olunan müşahidə kameraları ilə təchiz ediləcək. 

Aqil