"ABŞ İrana qalib gəlib"
Gündəm
ABŞ-dən olan respublikaçı senator Con Nili Kennedi ABŞ-nin İrana qarşı hərbi əməliyyatda artıq qələbə qazandığını bildirib.
News24.az xəbər verir ki, onun bu açıqlaması “Fox News” telekanalında yayımlanıb.
Efir zamanı siyasətçi prezident Donald Tramp barədə “bombalar üçün milyardlarla dollar tapdığı, lakin ABŞ-də artan qiymətləri azaltmaq üçün pul tapa bilmədiyi” iddiasını rədd edib.
Onun sözlərinə görə, bu iddialar həqiqəti əks etdirmir və ABŞ İranla münaqişədə artıq qalib gəlib.
Kennedi bildirib ki, ABŞ İranın nüvə silahı hazırlamaq cəhdlərini, raket arsenalını və hərbi-dəniz qüvvələrini məhv etdikdən, raket qurğularını sıradan çıxardıqdan sonra bölgəni tərk edəcək.
Senatorun sözlərinə görə, bundan sonra İran xalqının öz rəhbərliyini seçmək imkanı yaranacaq.