ABŞ İrana qarşı genişmiqyaslı əməliyyata başladı
Gündəm
ABŞ İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb.
News24.az xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp “Truth Social” platformasındakı səhifəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatın məqsədi İranda hakimiyyətdə olan qüvvələrdən qaynaqlanan təhlükəni aradan qaldırmaq yolu ilə Amerika xalqını qorumaqdır.
Dövlət başçısı bəyan edib ki, Tehranın hərəkətləri xaricdə yerləşən ABŞ hərbi bazalarına birbaşa təhdid yaradır.