ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının xərci açıqlandı – 12 milyard dollar
Gündəm
Amerika və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat hazırkı vaxta qədər ABŞ dövlət büdcəsinə 12 milyard dollara başa gəlib.
News24.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bildirib.
“Mənə təqdim edilən son rəqəm 12 milyard dollardır”, - deyə o, qeyd edib.
Bundan əlavə, Hassett bildirib ki, ABŞ administrasiyasının hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər maliyyə vəsaiti var. /CBS News